Şabranın Pirəbədi kəndində yerləşən tarixi binanın hazırkı vəziyyəti narahatlıq doğurur.
Sosial şəbəkələrdə yayılan görüntülərdə muzeyin tavanının uçmaq təhlükəsi ilə üz-üzə olduğu, ətraf ərazinin isə baxımsız vəziyyətdə qaldığı görünür.
Qeyd edək ki, bina 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1862-ci ildə inşa edilən malikanə Qəzənfər Musabəyovun atası Mahmudağa bəyə məxsus olub.
Mənbə: Axar.az