Xaçmaz şəhərində gecə saatlarında marketdə yanğın hadisəsi baş verib.
Shimal.News-un məlumatına görə, hadisə oktyabrın 9-da gecə saatlarında Nəriman Nərimanov küçəsində, çoxmərtəbəli yaşayış binasının altında yerləşən "Qayalı" marketdə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Shimal.News-un sorğusuna cavab olaraq bildirilib ki, marketin daxilində yerləşən 6 ədəd vitrin soyuducuda yanğın baş verib. FHN-in yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.