top
Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür
Bu gün, 10:35
- ↺ +

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şimal bölgəsindən olan şəhidlərimiz Ürfan Orucov və Nəcməddin Sarkayevin doğum günüdür.

Ürfan Firdovsi oğlu Orucov 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.

Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Nəcməddin Əli oğlu Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N. Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb.

Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.

O, Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində dəfn edilib.

Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Hadisə
Bu gün, 09:54

Xaçmazda "Qayalı" market YANDI

Cəmiyyət
Bu gün, 09:05

Nabranın qəsəbəsində yollar bərbad, ərazi zibillik içində

Cəmiyyət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

44 günlük Vətən Müharibəsinin 13-cü günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Oğuzda yol kənarı zibilliyə çevrildi

Hadisə
Dünən, 17:59

Azərbaycan sərhədini pozan əcnəbilər saxlanıldı

Cəmiyyət
Dünən, 17:30

Qubada məktəbli qızların şalvar geyinməsi mübahisə yaradıb

Cəmiyyət
Dünən, 16:00

Kənd sakinlərinə kommunal güzəştlər tətbiq edilə bilər?

Hadisə
Dünən, 15:00

Quba-Xaçmaz yolunda ağır qəza: Ölən gənc məzuniyyətdə olan əsgər idi

İdman
Dünən, 14:08

"Zaqatala"nın futbolçusu "Ayın qolu"nun qalibi oldu

Cəmiyyət
Dünən, 13:24

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Cəmiyyət
Dünən, 12:54

Qusarda bu küçələr asfaltlanıb

İdman
Dünən, 12:05

Elgün Hüseynov: "Şəki bizə necə sahib çıxırsa, biz də onu elə təmsil edirik"

Hadisə
Dünən, 11:23

Siyəzəndə saxta arayış verən zabit və "müştərisi" məhkəmə qarşısında

Cəmiyyət
Dünən, 10:55

Şimallı igid şəhidlərimizin doğum günüdür

İdman
Dünən, 10:19

Qusarlı cüdoçu qələbəsi ilə atasının yolunu təkrarladı

Hadisə
Dünən, 09:40

Xaçmazda polis əməliyyatı: 2 nəfər həbs edildi

Cəmiyyət
Dünən, 09:18

"Mərmər bağacığı" Xaçmazda tüğyan edir

Cəmiyyət
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 12-ci günü – XRONİKA

Cəmiyyət
07 oktyabr 2026, 17:48

TƏBİB-in sistemində yaranan problem xəstəxanalarda narazılıq yaradıb

Cəmiyyət
07 oktyabr 2026, 17:47

Vilayət Eyvazov Şimalda sakinlərlə görüşüb

İdman
07 oktyabr 2026, 16:49

İnanılmaz hesab: "Şəki"yə 12 cavabsız qol

Oxşar xəbərlər