Qusar şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsindəki yol baxımsız vəziyyətdədir.
Shimal.News-a müraciət edən sakinlər bildirirlər ki, asfalt örtüyünün olmaması və yolun çınqıl daşları ilə dolu olması xüsusilə yağışlı havalarda hərəkəti çətinləşdirir.
Onlar ərazinin aidiyyəti qurumlar tərəfindən diqqətə alınmasını və təmir işlərinin aparılmasını istəyirlər.
View this post on Instagram