Xaçmazın Yalama kəndi ərazisində 1 nəfərin ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 28 iyul tarixində məlumat verir.
Xudat-Qusar yolunda "VAZ-2104" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sükan arxasında olan Ramiddin Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişin Asəf Hacıyev isə hadisə yerində ölüb.
Məlumata görə, onlar Nabrana gedirdilər.
Faktla bağlı araşdırma aparılır.