top
Qusarda sel fəsadları aradan qaldırılır: rəsmilər ərazilərə baxış keçirib
Foto
07 aprel 2026, 15:13
- ↺ +

Qusarda sel fəsadları aradan qaldırılır: rəsmilər ərazilərə baxış keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Shimal.New xəbər verir ki, aprelin 4-dən etibarən müşahidə olunan intensiv yağıntılar rayonun bir sıra yaşayış məntəqələrində ciddi problemlərə səbəb olub. Mövcud vəziyyətin nəzarətə götürülməsi, risklərin azaldılması və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir. Ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub, selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Aprelin 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxslər vəziyyətlə yerində tanış olmaq üçün rayonun Çiləgir, Kuzun, Cağar, Əniq, Hil və Yasab kəndlərində olublar.

Baxış zamanı Çiləgir kəndində sel sularının gətirdiyi lil kütlələrinin toplandığı ərazilər, Kuzun kəndində su basmış fərdi yaşayış evi, məktəbin sinif otaqları və idman zalı, həmçinin kəndin əsas və daxili yolları nəzərdən keçirilib. Cağar kəndində sürüşmə riski olan sahələrə baxış keçirilib, Kuzun kəndinə gedən yolun bərpası ilə bağlı yerində müzakirələr aparılıb. Hazırda həmin istiqamətdə yolun lil və çöküntülərdən təmizlənməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam edir.

Yasab kəndinə gedən və tamamilə yararsız vəziyyətə düşmüş avtomobil yoluna baxış zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev də iştirak edib. Yolun mövcud vəziyyəti qiymətləndirilib və bərpası ilə bağlı görüləcək tədbirlər müzakirə olunub.

Daha sonra rəsmilər sel sularına düşərək həyatını itirən Farik Fərid oğlu Rəsulovun dəfn mərasimində də iştirak ediblər. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verilib.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər