Qusar şəhər 4 saylı tam orta məktəbində "Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin təminatıdır" mövzusunda maarifləndirici təlim keçirilib. Bu haqda ShimalNews 26 dekabr tarixində məlumat verir.
Təlim Azərbaycan və rus bölmələri üçün ayrılıqda təşkil olunub. Şagirdlər nişanlarla tanış edilərək ətraflı məlumata yiyələniblər. Onlar, həmçinin yol hərəkəti qaydalarına dair səhnəciklər göstəriblər.