Qusarda görkəmli şəxsiyyət Səməd Bəy Mehmandarovun adını daşıyan küçə baxımsız haldadır. Bu barədə ShimalNews 8 may tarixində məlumat verir.
Sakinlərin sözlərinə görə, bu hal təxminən 3 il davam edir. 7 il öncə burada kanalizasiya xətləri çəkilib və lüklər qoyulub. Artıq onlar torpaq altında qalıb və çınqılla doludur. Ətraf küçələr asfaltlansa da, burada sakinlərin rifahı üçün şərait yaradılmayıb.
Hər yağış yağanda yolu su basır. Görüntüləri izləyicilərimizə təqdim edirik:
[video width="352" height="640" mp4="https://shimal.news/storage/photos/2023/05/16.mp4"][/video]