Qusarda səhər saatlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 11 dekabr tarixində məlumat verir.
Qəza Avaran kəndi ərazisində baş verib. Xürel kənd avtobusu içərisində 9 nəfər olmaqla dərəyə aşıb. İlkin məlumata görə, xəsarət alan var, onlar xəstəxanaya çatdırılıblar.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
İddia edilir ki, hadisəyə dumanlı hava şəraiti səbəb olub.