top
Qusarçayı talan edənlərin qarşısı alınmır - VİDEO
Video
05 fevral 2026, 17:52
- ↺ +

Qusarçayı talan edənlərin qarşısı alınmır - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polisdən Qusarçay yatağındakı qanunsuzluqla bağlı AÇIQLAMA

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Xaçmaz rayon Qusarçay kəndi ərazisində çay yatağından qanunsuz qum-çınqıl daşınması ilə bağlı yayılan video görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

***

Qusarçay yatağından qum-çınqıl qarışığının qanunsuz götürülməsi qeydə alınıb.

Shimal.News-a daxil olan məlumata görə, Qusarçay yatağından 50–60 yük avtomobili həcmində qum-çınqıl qarışığı qazılaraq daşınıb.

İddia olunur ki, hadisə yanvar ayının ortalarında Xaçmaz rayonunun Ağtala kəndi ərazisində baş verib. Buna baxmayaraq, müvafiq qurumlar tərəfindən uzun müddət heç bir araşdırma aparılmaması sakinlərdə suallar doğurur.

Məlumata görə, sözügedən hasilat bələdiyyə və icra nümayəndəliyində çalışan şəxslərin iştirakı ilə həyata keçirilib.

Sakinlərin bildirdiyinə görə, daş karxanalarından 1 yük avtomobili çınqıl 100 manata satıldığı halda, Qusarçay yatağından çıxarılan çınqıl bir neçə müştəriyə 60 manata satılıb.

Vətəndaşlar ümid edirlər ki, müvafiq qurumlar vaxtında tədbir görərək mümkün ekoloji fəlakətin qarşısını alacaqlar.

Qeyd edək ki, oxşar hal bir müddət əvvəl də adıçəkilən kənd ərazisində baş verib. Həmin vaxt sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək Qusarçay yatağından 80-dən çox yük avtomobili ilə qum-çınqıl hasilatının qanuniliyinin araşdırılmasını xahiş ediblər.

Araşdırmalar nəticəsində Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin "Sahil" Sudan İstifadə Edənlər Birliyinin sədri Akif Allahqulu oğlu Babayev tərəfindən 30 kubmetr həcmində qum-çınqıl qarışığının qanunsuz şəkildə götürüldüyü müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub, həmin şəxs barəsində cərimə tətbiq edilib.

Shimal.News mövzunu diqqətdə saxlayır.

Son xəbərlər

İdman
Bu gün, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Bu gün, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Bu gün, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Bu gün, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Bu gün, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Bu gün, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Oxşar xəbərlər