top
Qubalı şəhid Mehdi Murtuzovun doğum günüdür
Foto
10 iyul 2026, 10:03
- +

Qubalı şəhid Mehdi Murtuzovun doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidi Mehdi Muxtar oğlu Murtuzovun doğum günüdür.

1997-ci il iyulun 10-da Quba rayonunun Alpan kəndində anadan olan Mehdi Murtuzov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Məktəb və peşə təhsilini başa vurduqdan sonra doğum günündə hərbi xidmətə yollanan Mehdi xidmət etdiyi müddətdə Aprel döyüşlərinin iştirakçısı olub, nümunəvi xidmətinə görə dəfələrlə təltif edilib.

Hərbi xidmətdən tərxis olunsa da, Vətənə xidmət sevgisi onu yenidən Ordu sıralarına qaytarıb. 2020-ci ilin əvvəlində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmətə başlayan Mehdi Murtuzov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb.

Döyüş zamanı yaralansa da, müalicədən imtina edərək yenidən ön cəbhəyə qayıdıb. O, 2020-ci il oktyabrın 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər zamanı snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Qızğın döyüşlər səbəbindən nəşi yalnız Zəfərdən sonra tapılaraq doğulduğu Alpan kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Mehdi Murtuzov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, eləcə də 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Son xəbərlər

İdman
Dünən, 17:18

Qubada beynəlxalq futbol turnirinə start verilib

Cəmiyyət
Dünən, 17:12

Şəkidə YDM qarşısında xaos: "Giriş də bəlli deyil, çıxış da" – VİDEO

Bütün xəbərlər
Dünən, 16:29

Siyəzənli mühəndis tullantılardan "dəmir cəngavər" hazırladı – VİDEO

Cəmiyyət
Dünən, 14:50

Qubada qeyri-adi qəza: Avtomobil evin damına düşdü

Cəmiyyət
Dünən, 13:55

Sabah Şimalda havanın temperaturu yüksələcək

İdman
Dünən, 12:59

Qubada beynəlxalq futbol həyəcanı başlayır

Cəmiyyət
Dünən, 12:51

Qubada parklanma mübahisəsi: Sürücülər nişanlanma tələb edir

Hadisə
Dünən, 11:40

İsmayıllıda göldə faciə: Bacı-qardaş boğuldu

Kriminal
Dünən, 10:44

Şamaxıda itən mal-qara ər-arvadı üz-üzə qoydu: Qadın ağacla döyüldü

Hadisə
Dünən, 10:25

Zaqatalada yanaraq ölən sürücünün FOTOSU

Hadisə
Dünən, 09:29

Qubada "KamAZ" dərəyə aşıb – VİDEO

Hadisə
22 avqust 2026, 17:40

Qubada ayı həyətə girdi: Fındıqları yedi, heyvanları öldürdü

İqtisadiyyat
22 avqust 2026, 16:39

Ölkədə ən çox hansı ərzaq məhsulları bahalaşıb?

Cəmiyyət
22 avqust 2026, 15:40

Yay Fest 2026-nın "Mühəndislik və Kod" düşərgəsi başa çatdı

İdman
22 avqust 2026, 14:40

"Şimal"ın məşqçisi: "Əsas hədəfimiz Birinci Liqada qalmaqdır"

İqtisadiyyat
22 avqust 2026, 13:40

Donuz sayına görə ölkədə lider rayon - Qax

Cəmiyyət
22 avqust 2026, 12:40

Şabranın "Qızıl oğlan"ı

Cəmiyyət
22 avqust 2026, 11:44

Xaçmazlı gənclər Xəzər sahilini təmizlədilər

Hadisə
22 avqust 2026, 10:45

Şəkidə həyətyanı sahədə yanğın olub

Hadisə
22 avqust 2026, 09:45

Zaqatalada ağır qəza: Sürücü sükan arxasında yanaraq öldü

Cəmiyyət
22 avqust 2026, 09:00

Xəzərdə zəlzələ olub

Cəmiyyət
21 avqust 2026, 23:49

Şəkidə zibil qabı tapılmır – Şəhərdə antisanitar vəziyyət

Cəmiyyət
21 avqust 2026, 18:00

Qubada yamaqla "xilas edilən" yol yenə bərbad vəziyyətdə

Cəmiyyət
21 avqust 2026, 17:00

Daş karxanaları Qaraçayın yatağını dəyişdi: Kənd sakinləri narahatdır

Oxşar xəbərlər