Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 27 aprel tarixində məlumat verir.
Hadisə aprelin 26-sı saat 22:45 radələrində qeydə alınıb. H.Əliyev prospektində yerləşən dairəvi yolda “VAZ-21015” və “Opel” makalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, “015” yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və qəza baş verib.