Quba rayonunda Qrızdəhnə və Qrız kəndlərini birləşdirən tarixi yol canlandırılıb. Bu haqda ShimalNews 6 dekabr tarixində məlumat verir.
"Eh yolu" eroziyaya uğradığına görə yürüş üçün əlverişsiz hala düşmüşdü. Bu ilin avqust ayında “Transqafqaz Cığırı” komandası ilk könüllü düşərgəsinə ev sahibliyi edib. Onlar burada bərpa işləri həyata keçiriblər. Artıq həm səyahətçilər, həm də kənd camaatı bu marşrutdan faydalana bilərlər.