Qubada yük avtomobili yoldakı çalaya düşməmək üçün manevr edib və digər avtomobili təkəri ilə əzib. Bu barədə ShimalNews 2 may tarixində məlumat verir.
Hadisə Alekseyevka kəndi ərazisində baş verib. Əsas yolla hərəkət edən “Mercedes” markalı yük avtomobili ikinici dərəcəli yolda növbəsini gözləyən “VAZ-2109” markalı avtomobilinə çarpılıb.
Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlər hadisənin necə baş verdiyini danışıblar. Eləcə də qeyd ediblər ki, Quba-Xaçmaz və Quba-Bakı magistrallarını birləşdirən bu yol təhlükəlidir. İri həcmli nəqliyyat vasitələri daim buradan hərəkət edir.