Qubada məktəblinin həyatına son qoyan yolda hələ də təhlükəsizlik üçün tədbir görülmür. Bu haqda ShimalNews 25 dekabr tarixində məlumat verir.
Alekseyevka kəndi ərazisində eni 5.80 metr olan yol var. O, Quba-Xaçmaz yolu ilə Quba-Bakı yolunu birləşdirərək məktəbin yanından keçir. Qudyalçayın karyerlərindən çıxan bütün yük avtomobilləri buradan keçməli olur.
Sakinlər bildirirlər ki, son ildə bu yolda 3 piyadanı avtomobil vurub, 1 məktəbli isə qəzada dünyasını dəyişib. Təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlara müraciətlər də ünvanlanıb. Lakin bu günə kimi tədbirlər görülmür.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/12/shimal-video3.mp4"][/video]