Quba rayonunun kəndlərində kartof yığımına başlanılıb. Sakinlər bu il də məhsuldarlığın aşağı olduğunu deyirlər.
Shimal.News-a danışan təsərrüfatçıların sözlərinə görə, sahələrdə məhsulun sayı çox olsa da, ölçüləri əsasən xırdadır.
Onların fikrincə, buna yaz aylarında yağan çoxsaylı yağışlar və sonradan havaların isti keçməsi səbəb olub. Yağışlar kartofun gövdəsinin inkişafına şərait yaradıb. Daha sonra havaların isinməsi kök hissəsində yaranan xırda kartofların böyüməsinə mane olub.
Bu səbəbdən sahələrdə çoxsaylı kartof olsa da, onların ölçüsü kiçik qalıb.
Sakinlər son günlər havaların isti keçməsi səbəbindən torpaq bərkiyib. Buda məhsul yığımına çətinlik yaradır.