Quba şəhərində yük maşını minik avtomobilinə sürtülərək qapısını əzib. Bu haqda ShimalNews 15 dekabr tarixində məlumat verir.
Hadisə saat 13:00 radələrində Heydər Əliyev prospektində (“İrşad electronics”in qarşısında) qeydə alınıb. AAY-yə məxsus “KamAZ” təkərində olan boltla hərəkətdə olan “VAZ-2107” markalı avtomobili sürtüb. Nəticədə minik avtomobilinin sol qapısı əzilib.
Yük maşınının sürücüsü bildirib ki, hadisə onun digər avtomobili görmədiyinə görə baş verib.
Əraziyə YPX və sığorta əməkdaşları cəlb ediliblər.