Qubada fəaliyyət göstərən avtobusda bir yazı sərnişinin ürəyini dağlayıb. Sosial şəbəkələrdə yayılan videonu ShimalNews 27 dekabr tarixində oxucularına təqdim edir.
Şəhəriçi marşrut avtobusunda “İmkanı olmayan şəxslərə gediş haqqı pulsuzdur” yazısı sərnişinə təsir edib: “Bu gözəlliyi lentə alıb sizinlə paylaşmaq istədim”.
Fərqan Tərlanoğlu görüntüləri hər kəslə bölüşərək bildirib:
“Dünyanı nə var-dövlət, nə də gözəllik xilas edəcək, dünyanı gözəl ürəkli insanların yaxşı əməlləri xilas edəcək. Unutmayın, həyat bumeranqdır, etdiyiniz hər şey bir gün sizə geri dönəcək”.
[video width="576" height="1018" mp4="https://shimal.news/storage/photos/2022/12/13.mp4"][/video]