Quba - Xaçmaz yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 6 noyabr tarixində məlumat verir.
Noyabrın 5-i saat 20:00 radələrində Alekseyevka kəndi ərazisində “Opel” və “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə 8 aylıq körpə uşaq xəsarət alıb.
Əraziyə polis və təcili tibbi yardım cəlb edilb. Uşaq xəstəxanaya çatdırılıb.