Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 8 may tarixində məlumat verir.
Hadisə Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində baş verib. “VAZ-21015” və “Hyundai SantaFe” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, “VAZ” “Hyundai”ya, sonuncu isə səkinin üzərindəki dirəyə çarpılıb.
[caption id="attachment_40934" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]