Quba-Xaçmaz yolunda qəza baş verib. Bu barədə ShimalNews 21 dekabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi Zərdabi qəsəbəsi ərazisində saat 14:00 radələrində qeydə alınıb. Burada “VAZ-21011” markalı avtomobil Xaçmaz istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə çarpılıb.
Şahidlərin sözlərinə görə, qəza “VAZ-21011” gözləmədən dönmə əməliyyatı edən zaman baş verib.
Əraziyə YPX əməkdaşları cəlb ediliblər.