top
Quba-Xaçmaz yolunda yeni sürət həddi və niyə sualı - VİDEO
Video
09 iyun 2026, 16:09
- ↺ +

Quba-Xaçmaz yolunda yeni sürət həddi və "niyə" sualı - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz avtomobil yolunun bir hissəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Shimal.News xəbər verir ki, son günlər bölgədə yol nişanlarının yenilənməsi prosesi çərçivəsində yeni sürət məhdudiyyəti tətbiq olunub.

Məlumata görə, yeni nişan Quba-Xaçmaz yolunda, Xaçmaz istiqamətindən hərəkət edərkən Bəhrəli qəsəbəsinin (keçmiş Timiryazev) ərazisində yerləşdirilib. Məhdudiyyət avtobus dayanacağının yaxınlığından başlayaraq Quba şəhərinin girişindəki dairəyədək təxminən 2 kilometrlik hissəni əhatə edir.

Qeyd edək ki, indiyədək Quba-Xaçmaz yolunda yaşayış məntəqələri daxilində maksimal sürət həddi 60 km/saat, yaşayış məntəqələrindən kənarda isə 90 km/saat olub. Bu səbəbdən sürət həddinin 50 km/saata endirilməsi sürücülərdə "niyə" sualını doğurub.

Sürücülər bildirirlər ki, adətən belə məhdudiyyətlər piyada keçidlərinin, məktəblərin və ya qəza riskinin yüksək olduğu ərazilərin yaxınlığında tətbiq edilir. Yeni sürət həddinin tətbiq olunduğu hissədə isə xüsusi təhlükə mənbəyinin görünmədiyi qeyd olunur.

Mütəxəssislər sürücülərə yeni nişanlara diqqətlə yanaşmağı tövsiyə edirlər. Çünki uzun illər 60 km/saat sürət həddinə öyrəşən sürücülər yeni tələbi nəzərə almadıqda radara düşərək inzibati məsuliyyətlə üzləşə bilərlər. Hazırda ərazidə yol nişanlarının yenilənməsi işləri davam edir.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər