Quba-Xaçmaz yolunda təmir işləri aparılıb. Bu barədə ShimalNews11 may tarixində məlumat verir.
Yolun Quba istiqamətində əmələ gələn çuxurlar qazılaraq asfaltlanır. Ərazidə aparılan işlər “5 saylı Yol istismarı” MMC-nin texnika və işçi qüvvəsi tərəfindən həyata keçirilir.
Daha öncə təmir işləri Qubanın əsas yollarının birində görülmüşdür.