Quba-Xaçmaz yolunun bir hissəsində yol sürüşkəndir. Bu barədə ShimalNews 24 fevral tarixində məlumat verir.
Qubadan başlayaraq Xaçmazın Yergüc kəndinə qədər yol səthi sürüşkəndir. Avtomobillər 30-40 km/s sürəti ilə hərəkət edirlər. Digər ərazilərdə məhdudiyyət yoxdur.
Dünəndən başlayaraq Qubada qar yağır. Xaçmazda isə yağış qara çevrilib və yerdə qalır.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/02/18.mp4"][/video]