Quba-Xaçmaz yolunda qəza baş verib. Bu haqda ShimalNews 26 aprel tarixində məlumat verir.
Hadisə ötən gün saat 16:00 radələrində Alekseyevka kəndi ərazisində qeydə alınıb. Quba istiqamətində hərəkətdə olan “Lada” markalı avtomobilə yol vermədən dönmək istəyən “VAZ-21099” markalı avtomobil ona çarpılıb.