Qubada Fətəlixan küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə ShimalNews 30 oktyabr tarixində məlumat verir.
Adıçəkilən küçəyə asfalt vurulur. Hal-hazırda ərazidə xüsusi texnika və çoxsaylı insan qüvvəsi calışır.
Daha öncə təmir edilən Cəfər Cabbarlı küçəsində işlər artıq yekunlaşıb.