Qubada uzun müddətdir sakinlərin narahatlığına səbəb olan dirək təmir edilib. Bu barədə ShimalNews 9 iyul tarixində izləyicilərimizdən əldə olunan məlumata əsasən xəbər verir.
Alekseyevka kəndində, su anbarının yaxınlığında yerləşən yüksək gərginlikli elektrik dirəyi qəzalı vəziyyətdə idi. Bu hal 2 aydan çox davam edirdi. Sakinlər təhlükə ilə üzləşdiklərini bildirmişdilər.
Daha öncə məsələ ilə bağlı məqalə dərc etmişdik.
Artıq aidiyyəti qurumlar tərəfindən təmir işləri icra olunub. Ərazidən olan görüntüləri izləyicilərimizə aşağıda təqdim edirik: