Quba rayonunda elektrik dirəyinin qəzalı vəziyyətdə olması sakinləri narahat edir. Bu barədə ShimalNews-a 7 iyul tarixində izləyicimizdən məlumat daxil olub.
Bu hal Alekseyevka kəndində müşahidə olunur. Su anbarının yaxınlığında yerləşən yüksək gərginlikli elektrik dirəyi 2 aydan çoxdur əyilərək aşma təhlükəsi ilə üzləşib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara müraciət olunub, lakin nəticə yoxdur.