Quba şəhərində 2 avtomobil toqquşub. Bu haqda ShimalNews 17 oktyabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi saat 14:10 radələrində Heydər Əliyev prospektində (“Qafqaz Oil”in yaxınlığında) baş verib. “Opel” markalı avtomobil dönmə əməliyyatı edən “Mercedes Vito” markalı avtomobilə çarpılıb.
Şahidlərin sözlərinə görə, qəza “Opel”in ara məsafəsi saxlamaması səbəbindən baş verib.
Əraziyə YPX əməkdaşları cəlb olunublar.