Quba şəhərində iki nəqliyyat vasitəsi toqquşub. Bu haqda ShimalNews 7 dekabr tarixində məlumat verir.
Qəza saat 13:30 radələrində Heydər Əliyev prospektinin və Hacıtağı Rüstəmov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə “Opel” markalı nəqliyyat vasitəsinin “Nissan” markalı avtomobilin yoluna çıxdığı zaman baş verib. Əraziyə YPX əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb “Opel”in “STOP” işarəsini gözləmədən hərəkət eləməsi olub.