Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 28 oktyabr tarixində məlumat verir.
Qəza saat 10:50-də Heydər Əliyev prospektində (“Nord hospital”ın qarşısında) qeydə alınıb. “VAZ-21012” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Şahidlər bildirirlər ki, hadisəyə səbəb “012”nin qəfildən “07”nin qarşısına çıxması olub.