Quba-Xaçmaz yolunda baş verən qəza nəticəsində 2 nəfər xəsarət alıb. Bu haqda 6 may tarixində ShimalNews məlumat verir.
Yol-nəqliyyat hadisəsi mayın 6-sı saat 00:00 radələrində Alekseyevka kəndində (“OBA” marketinin yaxınlığında) qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yolun kənarında olan qaz borusuna, daha sonra isə müşahidə radarının kamerasına deyib.
Avtomobildə sıxılmış vəziyyətdə olan sərnişinlər hadisə şahidlərinin köməyi ilə çıxa biliblər. Xəsarət alanlar Quba rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
[caption id="attachment_40878" align="alignnone" width="640"]
[/caption]