Quba bazarının yanında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 18 dekabr tarixində məlumat verir.
Qəza dekabrın 17-si saat 14:20 radələrində Tofiq Əhmədov küçəsində qeydə alınıb. Bazar ərazisindən çıxan “VAZ-2104” markalı avtomobil “Mercedes” markalı avtomobil ilə toqquşub.
Şahidlərin sözlərinə görə, hər iki avtomobil bazarı tərk edəndə dönmə manevri edib. “VAZ” qarşıdan gələn avtomobilə yol verən zaman onun yoluna çıxdığını anlayıb. Maşını arxaya verən an “Mercedes”i görməyib və ona çarpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.