Quba-Bakı yolunda 2 minik avtomobili toqquşub. Bu haqda ShimalNews 23 oktyabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi İqriq kənd ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən “Qazel” “Mercedes” markalı avtomobilə arxadan çarpılıb. Zərbə nəticəsində minik avtomobili fırlanaraq dirəyə dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.