Bu gün səhər saatlarından Qubada yolda yaranmış fəsadlar aradan qaldırılır. Bu barədə 24 mart tarixində ShimalNews xəbər verir.
Təmir-bərpa işləri rayonun Quba-Bakı və Quba-Xaçmaz yolunu birləşdirən, Alekseyevka kənd orta məktəbinin yanından keçən ərazisində aparılır. Burada asfaltın zədəli olan hissələri qaşınır və yerinə yeni qat vurulur.
Ərazidə 5 saylı yol istismar idarəsinin əməkdaşları və texnikası çalışır. İşlər günün sonuna kimi davam edəcək.
Daha öncə həmin ərazidə aparılan bərpa işləri haqda məlumat vermişdik.