Quba rayonunun Alekseyevka kəndində çox istifadə edilən yolda təmir işləri aparılır. Bu barədə ShimalNews 20 may tarixində məlumat verir.
Quba-Bakı və Quba-Xaçmaz yolunu birləşdirən, Alekseyevka kənd orta məktəbinin yanından keçən yolda gün ərzində təmir işləri aparılıb. Bununla bağlı müvəqqəti avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Asfaltın zədəli hissəsi qaşınaraq yerinə yeni asfalt qatı vurmaq üçün hazırlıq işləri görülüb. Proses davam etdiriləcək.