Quba şəhərində suların axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqlar asfaltlanıb. Bu barədə ShimalNews 4 may tarixində məlumat verir.
Bir müddət əvvəl Əliqulu Nərimanov küçəsində yol əsaslı şəkildə təmir olunub. Bu gün isə gölməçələr insanlara və nəqliyyat vasitələrinə çətinliklər yaradır. Səbəb isə suların kənarlaşdırılması üçün quyuların üzərinin asfaltla bağlı olmasıdır.
Oxşar hal əvvəllər də burada müşahidə olunmuşdur.