Xaçmaz-Xudat avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 30 noyabr tarixində “Report”a istinadən məlumat verir.
Məlumata görə, “VAZ-2115” və “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə 59 yaşlı Əlfəddin Lalayev, 58 yaşlı Aygün Lalayeva və onların 8 yaşlı nəvəsi Y.Lalayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.