Quba-Bakı yolunda xəsarətlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 5 may tarixində məlumat verir.
Hadisə mayın 4-ü saat 22:00 radələrində qeydə alınıb. Qubanın İqrığ kəndi ərazisində “Naz Lifan” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hər iki sürücü yaxınlıqda olan vətəndaşların avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Şahidlər bildiriblər ki, “07” yolun əks tərəfində olan marketə dönmək istəyib. Bu zaman “Lifan”ın yoluna çıxıb və qəza baş verib.