Xaçmazda piyadanı avtomobillə vurub öldürən sürücü saxlanılıb. Bu barədə ShimalNews 29 dekabr tarixində məlumat verir.
Hadisə dekabrın 25-i, saat 19:00 radələrində Armudpadar kəndi ərazisində baş verib. “Hyundai” markalı avtomobili idarə edən L.Hacəhmədov yolu keçən Arif Vəlibəyovu vurub. Piyada yerindəcə dünyasını dəyişib, sürücü isə qəza yerindən qaçıb.
Araşdırma aparılır.
Daha öncə qəza haqqında xəbər vermişdik.