Oktyabr ayına olan hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 13-16°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 9-14°C, gündüzlər 17-22°C, bəzi günlərdə 25-28°C isti, dağlarda gecələr 2-7°C isti, gündüzlər 7-12°C isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı güman edilir (norma 33-126 mm).