top
Qubada arvadını döyən kişinin maaşından 6 ay pul tutulacaq
Bu gün, 13:30
- ↺ +

Qubada arvadını döyən kişinin maaşından 6 ay pul tutulacaq

Quba rayonunda 40 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Hadisə Quba rayonunun qəsəbələrindən birində baş verib. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Elxan yaşadığı evdə həyat yoldaşı Nurcanla (adlar şərtidir - red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 40 yaşlı kişi həyat yoldaşının üz nahiyəsinə yumruqla qəsdən vuraraq ona xəsarət yetirib.

Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elxan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 15 radələrində yaşadıqları evdə olarkən həyat yoldaşı ilə aralarında mübahisə yaranıb:

"Mübahisə zamanı əsəbləşərək Nurcanın üz nahiyəsindən yumruqla vurdum və ona xəsarət yetirdim. Mübahisə təqribən 5 dəqiqə davam etdi və həmin vaxt yanımızda kənar şəxslər olmayıb".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Elxan qazancından dövlət nəfinə 10 faiz tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Mənbə: Demokrat.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:25

Şimalın gündəmi: Balakəndən Xudata qədər niyə eyni problemlər təkrarlanır?

Cəmiyyət
Bu gün, 12:35

Biri daş daşıyır, biri düzür: Şamaxı sakinləri öz hesablarına yol təmir edirlər

Hadisə
Bu gün, 11:45

Qubada ağacdan yıxılan kişi öldü

Hadisə
Bu gün, 11:03

Ağsuda meşəni yandıran saxlanıldı

Cəmiyyət
Bu gün, 10:30

Şimalda yağıntılı hava müşahidə olunur

İqtisadiyyat
Bu gün, 09:40

Quba-Xaçmaz regionunda fermerlərə 1 milyon 210 min manat ödəniləcək

Cəmiyyət
Bu gün, 09:11

Xaçmazda bu binalar yenilənir

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 3-cü günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:50

Xaçmazda selin apardığı körpü yenidən qurulur

Hadisə
Dünən, 17:00

Qusarda 21 yaşlı gəlinin ölümünə səbəb olan həkim 1 il həbsxanada qalacaq

Cəmiyyət
Dünən, 16:30

122 yaşlı zaqatalalı Rubeydə nənə: "Gəlinim mənim nəfəsimdir"

Cəmiyyət
Dünən, 15:46

Yüksək dağlıq ərazilərə qar yağacaq

Hadisə
Dünən, 14:50

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Cəmiyyət
Dünən, 13:50

Xaçmazdakı uşaq meydançasında sürüşkən sınıb, yelləncəklər yoxa çıxıb

Cəmiyyət
Dünən, 12:50

Qubada "göz dağına" çevrilən qaz xətləri

İdman
Dünən, 12:00

"Qəbələ" komandasında yeni məşqçi təyinatları olub

Hadisə
Dünən, 11:05

Xaçmazdakı ağır qəzada yaralananların vəziyyəti AÇIQLANDI

Hadisə
Dünən, 10:10

Birlikdə yeyib-içdilər, sonra dava etdilər: Qaxda ata oğlunu bıçaqladı

Hadisə
Dünən, 09:25

Xaçmazda ağır qəza: 9 nəfər yaralandı

Cəmiyyət
27 sentyabr 2026, 00:11

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Cəmiyyət
27 sentyabr 2026, 00:01

Vətən müharibəsinin başlamasından 6 il ötür

Hadisə
26 sentyabr 2026, 17:31

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın qardaşı sevgilsini qarət məqsədilə öldürübmüş

Cəmiyyət
26 sentyabr 2026, 16:53

Şimalda sabahın hava proqnozu

Oxşar xəbərlər