Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin torpaq və qaya kütləsindən təmizlənməsi istiqamətində işlər davam etdirilir.
İşlər tam yekunlaşmasa da, Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun hərəkət hissəsinin torpaq və qaya kütləsindən təmizlənməsi istiqamətində işlərin qısa müddətdə yekunlaşdırılması və ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması nəzərdə tutulur.
***
Quba-Xınalıq yolunda sürüşmə baş verib.
Sürüşmə yolun "Nazlı bulaq" kimi tanınan hissəsində qeydə alınıb.
Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
Mənbə: Apa.аz