top
Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür
Bu gün, 16:05
- ↺ +

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Bu gün şimal rayonlarından olan şəhidlərimiz Elməddin Alxasov və Orxan Cabbarovun doğum günüdür.

Elməddin Rəsul oğlu Alxasov 1994-cü ildə Xaçmaz rayonunun Qaradağ-Buduğ kəndində anadan olub. Uşaqlıqdan hərb sənətinə maraq göstərib. Əsgərlik dövründə Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınıb.

O, altı ildən artıq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. 26 yaşlı Elməddin Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib, daha sonra Suqovuşanın azadlığı uğrunda əməliyyatlara qatılıb.

Ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də danışıb. Həmin gün anasına ordunun Suqovuşan istiqamətində irəlilədiyini deyib. Elə həmin gecə döyüşlərdə şəhid olub.

Elməddin Alxasov oktyabrın 2-də doğulduğu Qaradağ-Buduğ kəndinin qəbiristanlığında dəfn edilib.

O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Orxan Hətəm oğlu Cabbarov 29 sentyabr 1994-cü ildə Quba rayonunun Davudoba kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Müharibədən sonra Orxan Cabbarov Qarabağda, Azərbaycan-Ermənistan sərhədində hərbi xidmətini davam etdirib.

2021-ci il noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər və Laçın istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Orxan Cabbarov noyabrın 18-də Qubadakı Şəhidlər Xiyabanında dəfn edilib.

O, ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, həmçinin III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Son xəbərlər

Hadisə
Bu gün, 16:55

Qubada iki avtomobil toqquşub

Cəmiyyət
Bu gün, 15:19

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Cəmiyyət
Bu gün, 14:25

Şimalın gündəmi: Balakəndən Xudata qədər niyə eyni problemlər təkrarlanır?

Hadisə
Bu gün, 13:30

Qubada arvadını döyən kişinin maaşından 6 ay pul tutulacaq

Cəmiyyət
Bu gün, 12:35

Biri daş daşıyır, biri düzür: Şamaxı sakinləri öz hesablarına yol təmir edirlər

Hadisə
Bu gün, 11:45

Qubada ağacdan yıxılan kişi öldü

Hadisə
Bu gün, 11:03

Ağsuda meşəni yandıran saxlanıldı

Cəmiyyət
Bu gün, 10:30

Şimalda yağıntılı hava müşahidə olunur

İqtisadiyyat
Bu gün, 09:40

Quba-Xaçmaz regionunda fermerlərə 1 milyon 210 min manat ödəniləcək

Cəmiyyət
Bu gün, 09:11

Xaçmazda bu binalar yenilənir

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 3-cü günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:50

Xaçmazda selin apardığı körpü yenidən qurulur

Hadisə
Dünən, 17:00

Qusarda 21 yaşlı gəlinin ölümünə səbəb olan həkim 1 il həbsxanada qalacaq

Cəmiyyət
Dünən, 16:30

122 yaşlı zaqatalalı Rubeydə nənə: "Gəlinim mənim nəfəsimdir"

Cəmiyyət
Dünən, 15:46

Yüksək dağlıq ərazilərə qar yağacaq

Hadisə
Dünən, 14:50

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Cəmiyyət
Dünən, 13:50

Xaçmazdakı uşaq meydançasında sürüşkən sınıb, yelləncəklər yoxa çıxıb

Cəmiyyət
Dünən, 12:50

Qubada "göz dağına" çevrilən qaz xətləri

İdman
Dünən, 12:00

"Qəbələ" komandasında yeni məşqçi təyinatları olub

Hadisə
Dünən, 11:05

Xaçmazdakı ağır qəzada yaralananların vəziyyəti AÇIQLANDI

Hadisə
Dünən, 10:10

Birlikdə yeyib-içdilər, sonra dava etdilər: Qaxda ata oğlunu bıçaqladı

Hadisə
Dünən, 09:25

Xaçmazda ağır qəza: 9 nəfər yaralandı

Cəmiyyət
27 sentyabr 2026, 00:11

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər