top
Qusar icra başçısından nümayəndəyə: Sakinlərin sözünü kəsməyin
Video
29 sentyabr 2026, 17:34
- ↺ +

Qusar icra başçısından nümayəndəyə: "Sakinlərin sözünü kəsməyin"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyevə sərt xəbərdarlıq edib.

 

Buna S.Fərzəliyevin icra başçısı ilə söhbət edən, problemləri dilə gətirən sakinlərin sözlərini kəsməsi səbəb olub.

 

İcra başçısı sentyabrın 27-də - Anım Günündə Avaran kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidləri Azayev Caviddin Zöhrəbəy oğlu və Pirseyidov Elnur Nasir oğlunun məzarlarını ziyarət edib.

 

S.Məmmədxanov həmn vaxt kənd sakinləri ilə söhbət edib. Onlar infrastruktur problemləri ilə bağlı məsələ qaldırıblar, yolun çəkilməsini xahiş ediblər. Bu zaman Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev sakinin sözünü kəsib, onun sualı düzgün vermədiyini deyib.

 

Bu isə icra başçısının sərt reaksiyasına səbəb olub. O, icra nümayəndəsinin fikirini davam etdirməsinə imkan verməyib, ona irad tutub:

 

"Düz edir. Camaat yalan danışmır. Siz yadınızda saxlayın, camaat mənə nə deyirsə, ona müdaxilə edib heç kimin ağzından vurmayın. Qoy camaat ürəyindən keçəni desin. İşığı da biz verməliyik, qazı da, suyu da, yolu da biz verməliyik. Qalan məsələlər onların öz işidir. Ona görə də camaatı dinləyin. Mənə nə deyirlərsə, camaatın ağzını yummağa çalışmayın. Onsuz da mən onu istədiyim vaxt çağırıb soruşacağam".

 

Qeyd edək ki, Sabir Fərzəliyev Qusar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şair Alxasovun qohumudur.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyevə sərt xəbərdarlıq edib. Buna S.Fərzəliyevin icra başçısı ilə söhbət edən, problemləri dilə gətirən sakinlərin sözlərini kəsməsi səbəb olub. İcra başçısı sentyabrın 27-də - Anım Günündə Avaran kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidləri Azayev Caviddin Zöhrəbəy oğlu və Pirseyidov Elnur Nasir oğlunun məzarlarını ziyarət edib. S.Məmmədxanov həmn vaxt kənd sakinləri ilə söhbət edib. Onlar infrastruktur problemləri ilə bağlı məsələ qaldırıblar, yolun çəkilməsini xahiş ediblər. Bu zaman Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev sakinin sözünü kəsib, onun sualı düzgün vermədiyini deyib. Bu isə icra başçısının sərt reaksiyasına səbəb olub. O, icra nümayəndəsinin fikirini davam etdirməsinə imkan verməyib, ona irad tutub: “Düz edir. Camaat yalan danışmır. Siz yadınızda saxlayın, camaat mənə nə deyirsə, ona müdaxilə edib heç kimin ağzından vurmayın. Qoy camaat ürəyindən keçəni desin. İşığı da biz verməliyik, qazı da, suyu da, yolu da biz verməliyik. Qalan məsələlər onların öz işidir. Ona görə də camaatı dinləyin. Mənə nə deyirlərsə, camaatın ağzını yummağa çalışmayın. Onsuz da mən onu istədiyim vaxt çağırıb soruşacağam”. Qeyd edək ki, Sabir Fərzəliyev Qusar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şair Alxasovun qohumudur. Mənbə: Olke.аz

Mənbə: Olke.аz

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər