Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində avtomobillərə ziyan dəyib.
Shimal.News xəbər verir ki, hadisə saat 13:30 radələrində, Çinarlı kəndində, Ülviyyə şadlıq sarayının qarşısında baş verib.
Məlumata görə, "Nexia" markalı avtomobil "Azərpoçt"un xidməti avtomobilinə çırpılıb. Qəzanın ara məsafəsinin saxlanılmaması səbəbindən baş verdiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.