Qubada 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
Hadisə rayonun Gömürdəhnə kəndində baş verib.
Kənd sakini, 15 yaşlı Zahid Malik oğlu Seyidquliyevin meyiti yaşadığı evdə aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Bildirilir ki, Zahid Seyidquliyev orta məktəbin 9-cu sinfində təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Lent.аz