Gələn ilin mart ayında Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu istifadəyə veriləcək. Bu haqda ShimalNews 22 fevral tarixində məlumat verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov açıqlama verib. Onun sözlərinə görə, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir:
"Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”.