Qubada öz şagirdi tərəfindən əməliyyat olunan Əlfəddin müəllimdən xəbər var.
Qubanın Qəçrəş kənd tam orta məktəbində uzun illər kimya fənnindən dərs deyən Əlfəddin müəllimi 18 il sonra öz şagirdi cərrahi əməliyyat etmişdi.
İndi isə 75 yaşlı müəllim keçmiş şagirdinə məktub yazaraq onu kəndə dəvət edib, birlikdə çay içib köhnə günləri xatırlamaq istədiyini bildirib. Pərvin Mirzəliyev isə müəlliminin məktubunu paylaşaraq onun həyatında və peşə seçimindəki rolundan danışıb.