“Land Rover Defender” markalı yolsuzluq avtomobilləri Bakıdan İsmayıllıya kimi yürüş edib. Bu haqda ShimalNews 16 sentyabr tarixində məlumat verir.
Tədbir Azərbaycan Avtomobil Federasiyası, Autolux Azerbaijan və “Nargis” jurnalının təşkilatçılığı ilə baş tutub. Həmin vaxt Şamaxıda Vətən müharibəsi şəhidləri və qazilərin övladlarına velosiped və müxtəlif hədiyyələr təqdim olunub. Daha sonra İsmayıllıda əyləncə proqramı təşkil edilib.